Alkoqolsuz pivə diabetə səbəb olur – TƏDQİQATbackend

Alkoqolsuz pivə diabetə səbəb olur – TƏDQİQAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alkoqolsuz pivə diabetə səbəb olur.

İnterpress.az xəbər verir ki, bu barədə Moskva vilayətinin Vidnovskaya Klinik Xəstəxanasının Yetkin Əhalinin Profilaktikası və Sağlamlığı Mərkəzinin rəhbəri Zarema Ten mühüm açıqlama verib.

Onun sözlərinə görə, gündə 2-3 bankadan artıq spirtsiz pivə içmək olmaz. Çünki bu, karbohidrat mübadiləsinin pozulması və diabetin baş verməsi ilə doludur.

Alkoqolsuz pivə ilk növbədə mədəaltı vəziyə zərər verən bir içkidir. Bundan əlavə, yüksək kalorili məhsuldur.

Bir anda iki banka pivə insulinin kəskin sıçrayışına səbəb ola bilər və mədəaltı vəzi zədələyə bilər.

Həkim xəbərdarlıq edib ki, bir neçə gündə bir banka içsəniz belə, içkinin mənfi təsirləri qalmaqdadır.

Xuraman Etibarlı

İnterpress.az