Avstraliya alimləri istənilən yaranı bir gün ərzində sağaltmağı öyrəniblər.
İnterpress.az xəbər verir ki, Avstraliyalı alimlərin tədqiqatlarının nəticəsinə görə, bütün bunlar yeni hüceyrə növü sayəsində baş verir.
EndoMac – dərhal qan damarlarının və immunitet sisteminin hüceyrələrinə çevrilən prekursor hüceyrələrdir.
Yaraların sağalması yüzlərlə dəfə sürətlənəcək, diabetdən sağalmayan xoralar isə bir və ya iki dəfəyə sağalacaq.
Superhüceyrələr yetkin siçanların aortasından alınır, onlar çıxarıla və hətta sənaye miqyasında yetişdirilə bilər.
Xuraman Etibarlı
İnterpress.az