Livan 5 Hizbullah nümayəndəsinin öldüyünü BİLDİRDİbackend

Livan 5 Hizbullah nümayəndəsinin öldüyünü BİLDİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Livan İsrail ordusunun zərbələri nəticəsində 5 Hizbullah nümayəndəsinin öldüyünü bildirib.

İnterpress.az xəbər verir ki, bu barədə hərəkatın Telegram kanalında dərc olunan məlumatda deyilir.

Bildirilir ki, İsrail qüvvələri Livanın Qərbi Bekaa bölgəsində şiə Hizbullah hərəkatına bağlı mülki müdafiə mərkəzlərinə bir neçə zərbə endirib.

Mətnə görə, Soxmor kəndinin atəşə tutulması nəticəsində xidmətin 5 nümayəndəsi həlak olub.

Sentyabrın 17 və 18-də Livanda bir sıra rabitə cihazlarının partladılmasından sonra İsrail və Hizbullah arasında münaqişənin kəskinləşməsinin yeni mərhələsi başlayıb.

Hərəkat partlayışların təşkilinə görə məsuliyyəti İsrailin üzərinə qoyub, onun hakimiyyəti insidentlə bağlı birbaşa açıqlama verməyib, lakin şimal istiqamətində hərbi əməliyyatların intensivləşdiyini bəyan edib.

Sentyabrın 23-də İsrail Livandakı Hizbullah birləşmələrinə qarşı “Şimal oxları” adlı hərbi əməliyyata başlayıb.

Bu əməliyyat zamanı 27 sentyabrda İsrailin endirdiyi zərbələrdən biri nəticəsində Hizbullahın baş katibi Həsən Nəsrullah Beyrutda öldürülüb.

Xuraman Etibarlı

İnterpress.az