ABŞ İranın İsrailə mümkün raket hücumu ilə bağlı XƏBƏRDARLIQ ETDİbackend

ABŞ İranın İsrailə mümkün raket hücumu ilə bağlı XƏBƏRDARLIQ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ İranın İsrailə mümkün raket hücumu ilə bağlı xəbərdarlıq edib.

İnterpress.az xəbər verir ki, bu barədə New York Times-a ABŞ-nin yüksək rütbəli rəsmisi məlumat verib. Bildirilir ki, İran hava qaraldıqdan sonra yaxın 12 saat ərzində İsraili vuracaq.

Rəsminin sözlərinə görə, İranın yaxın gələcəkdə İsrailə raket zərbəsi endirməyi planlaşdırdığına dair əlamətlər var.

O qeyd edib ki, Birləşmiş Ştatlar “İsraili bu hücumdan müdafiə etmək üçün hazırlıqları fəal şəkildə dəstəkləyir” və İranın İsrailə birbaşa hərbi hücumunun Tehran üçün ciddi nəticələrə səbəb olacağını vurğulayıb.

İsrail ordusunun sözçüsü Daniel Hagari İsrailin ABŞ-dən xəbərdarlıq aldığını, lakin hazırda İrandan təhdid əlamətinin olmadığını təsdiqləyib.

Bu xəbərlər fonunda İsrailin baş naziri Netanyahu vətəndaşlara müraciət edərək, əhalini Daxili Cəbhə Komandanlığının göstərişlərinə əməl etməyə çağırıb.

Xuraman Etibarlı

İnterpress.az