Ukrayna hərbi əməliyyatları dayandırmaq müqabilində ərazisinin bir hissəsini Rusiyaya vermək istəyir.
İnterpress.az xəbər verir ki,bu barədə “Financial Times” məlumat yayıb.
Kiyev Rusiyanın yeni bölgələrdə öz ərazisi üzərində nəzarəti saxlayacağı sülh sazişi üzrə qapalı danışıqlar aparır. Lakin onların üzərindəki suverenliyi tanınmayacaq.
Ukrayna rəsmiləri narahatdırlar ki, onların kifayət qədər adamı, Qərb dəstəyi və ya silahı olmayacaq. Ona görə də “qapalı qapılar arxasında” Moskva ilə razılaşma haqqında söhbətlər gedir.
Qəzet yazır ki, şərqdə Ukrayna qoşunları Rusiyanın təzyiqi altında mövqelərini itirir və ölkə qışda elektrik və istilik çatışmazlığı ilə üzləşəcək. Buna görə də Ukrayna müharibənin üçüncü qışına həmişəkindən daha tutqun əhval-ruhiyyə ilə daxil olur.
Xuraman Etibarlı
İnterpress.az