Discord Rusiyada BLOKLANDIbackend

Discord Rusiyada BLOKLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Discord messencer Rusiyada qanuni tələbləri pozduğuna görə bloklanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Roskomnadzor-un mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Discord messencer Rusiyada qanuni tələbləri pozduğuna görə bloklanıb.

“Discord messencerinə giriş Rusiya qanunvericiliyinin tələblərinin pozulması səbəbindən məhdudlaşdırılıb. Onun həyata keçirilməsi messencerdən terror və ekstremist məqsədlər üçün istifadənin qarşısını almaq, vətəndaşların onları törətmək üçün cəlb edilməsi, narkotik vasitələrin satışı, qeyri-qanuni məlumatların yerləşdirilməsi ilə əlaqədardır”, – mətbuat xidmətindən bildiriblər.

Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin sədr müavini Anton Qorelkin məlumatı şərh edib:

“Həddindən artıq tədbir tətbiq edilib. Bu o deməkdir ki, sosial şəbəkənin rəhbərliyi Rusiya qanunlarına tabe olmaqdan və tənzimləyici ilə dialoqdan imtina edib”.

Discord – mətn və səsli söhbətləri dəstəkləyən pulsuz proqramdır. Xidmət Skype-a bənzəyir. İstifadəçilərin ünsiyyət üçün çoxlu sayda “otaqları” olan qapalı kanallar və müzakirə qrupları yaratmaq imkanı da var. Xidmət oyunçular və İT işçiləri arasında populyardır.

Xuraman Etibarlı

İnterpress.az