“Vətən naminə Tavuş” etiraz hərəkatını mən maliyyələşdirməmişəm – Robert Koçaryanbackend

“Vətən naminə Tavuş” etiraz hərəkatını mən maliyyələşdirməmişəm – Robert Koçaryan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vətən naminə Tavuş” etiraz hərəkatını mən maliyyələşdirməmişəm.

İnterpress.az xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Koçaryan jurnalistlərə açıqlamasında deyib.

Koçaryan “Vətən naminə Tavuş” etiraz hərəkatının onun tərəfindən maliyyələşdirilmədiyini bildirib.

O qeyd edib ki, hərəkatın lideri arxiyepiskop Qalstanyan bunu özü istəməyib ki, “insanlar bunun keçmiş prezidentlərin layihəsi olduğunu düşünməsinlər”.

Xatırladaq ki, mayın 4-də Qalstanyanın rəhbəri olduğu “Vətən üçün Tavuş” hərəkatı 4 Azərbaycan kəndinin qaytarılmasına etiraz olaraq Tavuş rayonundan İrəvana yürüşə başlayıb.

Mayın 9-da Qalstanyan Paşinyanı istefaya çağırıb. Mayın 10-dan İrəvanda mütəmadi olaraq itaətsizlik aksiyaları keçirilir.

Sentyabrın 22-də Qalstanyan müxalifətlə birlikdə “aktiv mübarizəni” bərpa etmək qərarını elan etdi və bugünkü mitinqi elan edib.

Xuraman Etibarlı

İnterpress.az