İrlandiya İsrailə Livanla sərhədini verməyəcək.
İnterpress.az xəbər verir ki, bu barədə İrlandiya mətbuatı məlumat yayıb. Bildirilir ki, İrlandiya İsrail ordusunun İsrail-Livan sərhədində yerləşən forpostda yerləşən sülhməramlı qüvvələrin çıxarılması tələbini rədd edib.
Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) vasitəsilə göndərilən sorğu Təl-Əvivin Livana hücumlarını gücləndirdiyi bir vaxta təsadüf edir.
UNIFIL əmin edib ki, sülhməramlılar öz yerlərində qalacaqlar və onların missiyasının böhran bölgəsində sabitliyi izləmək və qorumaq olduğunu vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az