Cenevrədə Parlamentlərarası İttifaqın 149-cu sessiyası zamanı İsrail nümayəndə heyəti kütləvi etirazla qarşılaşıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. Bildirilir ki, Cenevrədə Parlamentlərarası İttifaqın (PAİ) 149-cu sessiyası zamanı İsrail nümayəndə heyəti kütləvi etirazla üzləşib.
Türkiyə də daxil olmaqla müxtəlif ölkələrdən gələn nümayəndələr İsrail təmsilçisinə söz verildikdən sonra “Fələstinə azadlıq” şüarları səsləndirərək etiraz olaraq zalı tərk ediblər.
İsrail rəsmisinin çıxışı başa çatdıqdan sonra etirazçı nümayəndələr görüşü davam etdirmək üçün zala qayıdıblar.
Xuraman Etibarlı
İnterpress.az