Polşada ukraynalı qaçqınlara qarşı hücum və etirazlar ARTIBbackend

Polşada ukraynalı qaçqınlara qarşı hücum və etirazlar ARTIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşada ukraynalı qaçqınlara qarşı hücumlar artıb.

İnterpress.az xəbər verir ki, bu barədə Polşa mediası məlumat yayıb. Bildirilir ki, Polşada bir çox polyakların fikrincə, hökumət müavinətləri hesabına həddindən artıq dəbdəbəli həyat tərzi sürən ukraynalı qaçqınlara qarşı etirazlar artır.

Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış ukraynalı gənclərin bahalı avtomobillər sürməsindən və Polşa vətəndaşlarından alınan vergilər hesabına beşulduzlu otellərdə istirahət etməsindən narahatlığını ifadə edib. Nazir qeyd edib ki, bu, yerli sakinlərin narazılığına səbəb olur.

“Bu, işləyən və ukraynalılar üçün müavinətlər, vergilər və təhsil üçün pul ödəyən polyaklara qarşı ədalətsizlikdir, silah tədarükü və digər yardımlardan bəhs etmirik”, – Müdafiə Nazirliyinin rəhbəri vurğulayıb.

2024-cü ilin may ayına olan məlumata görə, Polşada 900 mindən çox ukraynalı qaçqın yaşayırdı və ilin sonuna qədər bu rəqəm 1,1 milyona yüksələ bilər.

Varşava Universiteti və İqtisadiyyat və Humanitar Elmlər Akademiyasının araşdırmaları polyaklar arasında ukraynalılara qarşı mənfi münasibətin artdığını göstərir.

Xuraman Etibarlı

İnterpress.az