Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
İnterpress.az xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,05 ABŞ dolları, yaxud 1,43 % artaraq 74,31 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 74,29 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.