Rusiyada bir qadın manikür zamanı HİV-ə yoluxub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Pskovda bir qadın manikür zamanı HİV-ə yoluxub.
O, başqa xəstəliklə xəstəxanaya daxil olanda bu xəstəlikdən tamamilə təsadüfən xəbər tutub.
Yoluxucu xəstəliklər klinikasının həkimləri araşdırma aparıb və müəyyən ediblər ki, manikür prosedurundan başqa qızın HİV infeksiyasına yoluxması üçün başqa səbəb yoxdur.
Xuraman Etibarlı
İnterpress.az