Mirzoyan Rusiyanın Ermənistanın xarici siyasətindən narazılığı haqqında açıqlama verib.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan brifinqdə bildirib.
“Bizim balanslaşdırılmış xarici siyasətimiz var. Parlamentdə birinci oxunuşdan keçən və Ermənistanın Aİ-yə daxil olma prosesinə başlamasını təklif edən siyasi təşəbbüslərimiz var.
Bizim bu gün dərinləşdirdiyimiz Aİ ilə dərin əlaqələrimiz var və bir neçə ay əvvəl ABŞ ilə də strateji saziş imzalamışıq.
Eyni zamanda, biz Rusiya ilə tərəfdaşlığımızı davam etdiririk. İlk növbədə, İranla münasibətləri inkişaf etdirməkdə maraqlıyıq”, – o deyib.
O, Ermənistanın xarici siyasətinin bəzi insanların narazılığına səbəb ola biləcəyini başa düşdüyünü bildirib.
“Biz Ermənistanın maraqlarını rəhbər tutmağa çalışırıq. Bizim tərəfdaşlıqlarımızın heç biri üçüncü ölkəyə qarşı yönəlməyib”, – Mirzoyan bildirib.
Xuraman Etibarlı
İnterpress.az