Qardaşların təhlükəli ZARAFATI: Bağ qayçısı üzünə batan 14 yaşlı yeniyetmə KOR OLA BİLƏRDİ – FOTObackend

Qardaşların təhlükəli ZARAFATI: Bağ qayçısı üzünə batan 14 yaşlı yeniyetmə KOR OLA BİLƏRDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Başqırdıstanda yeniyetmə bağ qayçısını üzünə batıraraq kor olmaq təhlükəsi ilə üzləşib.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Başqırdıstan Respublikasında yeniyetmənin ağır xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

14 yaşlı məktəbli həyətdə qardaşı ilə zarafatlaşarkən qəfildən əllərinə iti bağ qayçısı keçib. Gənclərin bu təhlükəli zarafatı alətin qəfildən sürüşməsi və iti bıçaqların qardaşlardan birinin çənə nahiyəsinə batması ilə nəticələnib.

Valideynləri dərhal yaralı uşağı xəstəxanaya çatdırıblar. Tibbi müayinələr zamanı iti metal alətin üz nahiyəsindən 3 santimetr daxilə girdiyi və az qala göz yuvasına çatdığı məlum olub.

Gənc oğlan görmə qabiliyyətini tamamilə itirmək təhlükəsi ilə üz-üzə qalıb.

Mürəkkəb cərrahiyyə əməliyyatına başlayan həkimlər zərgər dəqiqliyi ilə işləyərək iti dəmiri uşağın üzündən təhlükəsiz şəkildə çıxarıb və zədələnmiş toxumaları tikiblər.

Hazırda yeniyetmənin vəziyyətinin yaxşı olduğu bildirilir.

Xuraman Etibarlı

İnterpress.аz