Çin nəhəng sualtı dronlar üçün daşıyıcı gəmi TİKİRbackend

Çin nəhəng sualtı dronlar üçün daşıyıcı gəmi TİKİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində nəhəng sualtı dronlar üçün dünyanın ilk daşıyıcı gəmisi inşa edilir.

İnterpress.az xəbər verir ki, bu barədə “Naval News” məlumat yayıb.

Çində nəhəng pilotsuz sualtı aparatların buraxılması üçün nəzərdə tutulan daşıyıcı gəminin inşa edildiyi bildirilir.

Şanxaydakı tərsanədə görüntülənən gəmidə aparatların yerləşdirilməsi üçün daxili anqar, suya buraxma sistemi və eniş bölməsi var. Anqarda təxminən dörd pilotsuz sualtı aparat yerləşə bilər.

Çin hazırda uzunluğu 35 və 45 metr olan iki XXLUUV tipli pilotsuz sualtı aparatı sınaqdan keçirir.

Bu aparatların ABŞ Hərbi Dəniz Qüvvələrinin istifadə etdiyi “Orca” pilotsuz sualtı aparatından 6-8 dəfə böyük olduğu bildirilir.

“Naval News” analitiki H.İ. Sattonun fikrincə, gəminin tədqiqat məqsədli deyil, döyüş təyinatlı pilotsuz sualtı aparatların daşıyıcısı olması daha ehtimal ediləndir.

Bildirilir ki, Çin tam ölçülü pilotsuz sualtı aparatların hazırlanması və istifadəsində digər ölkələri əhəmiyyətli dərəcədə qabaqlayır.

Xuraman Etibarlı

İnterpress.az