Krımda musiqiyə görə yaranan mübahisə zamanı kişi uşaqlarının gözü qarşısında güllələnib.
İnterpress.az xəbər verir ki, bu barədə zərərçəkənin həyat yoldaşı məlumat verib.
Ailənin həyətində istirahət etdiyi vaxt qonşuları Vladimirin həyət qapısını sındıraraq musiqinin səsini azaltmağı tələb etdiyi bildirilir. Qonşu əks halda ailənin hamısını öldürməklə hədələyib.
Daha sonra Vladimirin üç tanışı hadisə yerinə gəlib. Onların Konstantini döydüyü, daha sonra isə həmin şəxslərdən birinin kişiyə yaxın məsafədən atəş açdığı bildirilir.
Ardınca onun başına bel ilə zərbə vurulub. Hadisə zamanı digər qonşunun da döyüldüyü qeyd edilir.
Baş verənləri üç azyaşlı uşaq görüb. Cütlüyün böyük oğlu atasını qorumağa çalışıb.
Həkimlər Konstantinin bədənindən güllələri çıxararaq əməliyyat keçiriblər. Ailə polisə ərizə ilə müraciət edib.
Xuraman Etibarlı
İnterpress.az






