Qadın qonşusuna səs-küyə görə 76 zərbə VURDU – 9 il HƏBS EDİLDİbackend

Qadın qonşusuna səs-küyə görə 76 zərbə VURDU – 9 il HƏBS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qatçina yaxınlığında qadın səs-küyə görə qonşusunu öldürüb və 9 il həbs cəzası alıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayılıb.

Qatçina yaxınlığında sərxoş vəziyyətdə olan qadın səs-küy səbəbilə yaranan mübahisə zamanı 58 yaşlı qonşusuna bağ alətləri ilə – yaba və kürəklə 76 zərbə vurub.

Kişi aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Məhkəmədə qadın qonşusunu sadəcə sakit olmağa məcbur etmək istədiyini bildirib.

Məhkəmə onu ümumi rejimli koloniyada 9 il müddətinə azadlıqdan məhrum edib.

Xuraman Etibarlı

İnterpress.az