Fransada britaniyalı jurnalistlərə hücum edildiyi bildirilir
İnterpress.az xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.
Fransada La-Manş boğazını qanunsuz keçən miqrantları çəkən britaniyalı jurnalistlərin hücuma məruz qaldığı bildirilir.
Reportyor Patrik Kristis deyib ki, miqrantlar onların avtomobillərinə təpik vurub və içərisində daş olan butulkalar atıblar.
Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Xuraman Etibarlı
İnterpress.az






