Xabarovsk diyarında iki qardaş göldə boğularaq ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Xabarovsk diyarının Mirnı qəsəbəsində 4 və 9 yaşlı iki qardaş faciəvi şəkildə həyatını itirib.
Hadisə zamanı kiçik qardaş anası ilə gəzərkən nazik buzun üzərinə çıxıb və buz qırıldıqdan sonra suya düşüb.
Onu xilas etmək istəyən 9 yaşlı qardaşı da suya atılıb, lakin hər iki uşaq boğulub.
Uşaqların meyitləri su hövzəsindən çıxarılıb. Faktla bağlı cinayət işi başlanıb.
Xuraman Etibarlı
İnterpress.az






