Dağıstanda himn səslənərkən ayağa qalxmayan iki qadın cərimələnib
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Dağıstanın Kaspiysk şəhərində sentyabrın 1-də məktəb tədbiri zamanı Rusiya himni səslənərkən ayağa qalxmayan iki qadın 2500 rubl (təxminən 50 manat) məbləğində cərimələnib.
Hadisə Respublika Təhsil Mərkəzinin binasında keçirilən tədbirdə baş verib.
Məhkəmədə qadınlardan biri qucağında uşaq olduğu üçün, digəri isə özünü yaxşı hiss etmədiyinə görə ayağa qalxa bilmədiyini bildirib.
Lakin sülh məhkəməsinin hakimi bu səbəbləri üzrlü hesab etməyib və qadınları Rusiya İnzibati Xətalar Məcəlləsinin 17.10-cu maddəsi ilə məsuliyyətə cəlb edib.
Xuraman Etibarlı
İnterpress.az






