Azərbaycan Qazaxıstanla hasilat layihələrində əməkdaşlığı müzakirə edibbackend

Azərbaycan Qazaxıstanla hasilat layihələrində əməkdaşlığı müzakirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Qazaxıstanın ölkədəki fövqəladə və səlahiyyətli səfiri Alim Bayel ilə görüşüb.

İnterpress.az” xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilir ki, görüşdə Azərbaycan ilə Qazaxıstanın bütün istiqamətlərdə, o cümlədən enerji sektorunda uğurlu əməkdaşlıq etdikləri məmnunluqla qeyd olunub. Bu xüsusda, SOCAR ilə Qazaxıstan şirkətləri arasında əlaqələrin dinamik inkişaf etdiyi diqqətə çatdırılıb.

Görüşdə SOCAR ilə “KazMunayQaz” şirkəti arasında əməkdaşlığın cari vəziyyətinə, Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə tranzitinə, hasilat layihələrində əməkdaşlıq imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.