Bakıda sexin dağıntıları altından daha bir nəfərin cəsədi tapılıb, ölənlərin sayı 8-ə çatıbbackend

Bakıda sexin dağıntıları altından daha bir nəfərin cəsədi tapılıb, ölənlərin sayı 8-ə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayış nəticəsində dağıntılar altında qalan daha bir nəfərin cəsədi tapılıb.

Bu barədə İnterpress.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Bununla da ölənlərin sayı 8 nəfərə çatıb.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Qeyd edək ki, hadisə yanvarın 15-də baş verib. Nəticədə 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb. Ötən gün 7 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilmişdi.