Bank kartından oğurluqda şübhəli bilinən keçmiş məhkumlar saxlanılıbbackend

Bank kartından oğurluqda şübhəli bilinən keçmiş məhkumlar saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda bank kartından oğurluqda şübhəli bilinən 2 keçmiş məhkum saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Sumqayıt Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin bank kartından 6 050 manat oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar – Vüqar Nəsibov və Ruslan Heydərov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.