BDU-nun məşhur fotoqrafı vəfat etdibackend

BDU-nun məşhur fotoqrafı vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Dövlət Universitetinin (BDU) tanınmış fotoqrafı Salam Muxtarov uzun sürən xəstəlikdən sonra aprelin 7-də vəfat edib.

İnterpress.az xəbər verir ki, bu barədə Universitetin əməkdaşları xəbər veriblər.

Uzun illər BDU-da peşəkar fotoqraf kimi tanınan Salam Muxtarov həm də bu ali təhsil ocağnın nəşr etdirdiyi “Bakı Universiteti” qəzetinin əməkdaşı olub.

Mərhum uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, Salam Muxtarov keçmiş teleaparıcı – hazırda BAMF-da sədr müavini kimi çalışan Günel Gözəlovanın atasıdır.

Allah rəhmət eləsin!