Buraxılış imtahanlarının vaxtı məlum oldubackend

Buraxılış imtahanlarının vaxtı məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzi tam (11 illik) və ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının vaxtını açıqlayıb.

İnterpress.az xəbər verir ki, 11-ci siniflər üçün buraxılış imatahanları Qaradağ, Xəzər, Yasamal, Nərimanov, Gəncə (Kəpəz), Qazax, Qax, Balakən, Yevlax, Ağdam, Göyçay, Ağdaş, Lənkəran, İmişli, Şirvan, Qusar, Biləsuvar, Gürcü bölməsi üzrə martın 5-də, Nizami, Suraxanı, Binəqədi, Sumqayıt, Gəncə (Nizami), Ağstafa, Oğuz, Zaqatala, Beyləqan, Füzuli, Kürdəmir, Ucar, Cəlilabad, Saatlı, Neftçala, Şabran, Siyəzən, Xızıda isə martın 6-da keçiriləcək.

İmtahan tarixləri aşağıdakı kimidir:

Tarix İmtahanın adı İmtahan yeri
5 mart Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı Qaradağ, Xəzər, Yasamal, Nərimanov, Gəncə (Kəpəz), Qazax, Qax, Balakən, Yevlax, Ağdam, Göyçay, Ağdaş, Lənkəran, İmişli, Şirvan, Qusar, Biləsuvar, Gürcü bölməsi
6 mart Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı Nizami, Suraxanı, Binəqədi, Sumqayıt, Gəncə (Nizami), Ağstafa, Oğuz, Zaqatala, Beyləqan, Füzuli, Kürdəmir, Ucar, Cəlilabad, Saatlı, Neftçala, Şabran, Siyəzən, Xızı
12 mart Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı Sabunçu, Səbail, Nəsimi, Naxçıvan MR, Goranboy, Naftalan, Göygöl, Daşkəsən, Tovuz, Gədəbəy, Şəki, Masallı, Astara, Bərdə, Tərtər, Ağsu, İsmayıllı, Sabirabad, Xaçmaz
13 mart Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı Xətai, Abşeron, Pirallahı, Mingəçevir, Samux, Şəmkir, Qəbələ, Yardımlı, Lerik, Ağcabədi, Zərdab, Şamaxı, Salyan, Quba, Qobustan, Hacıqabul, Bakı (xüsusi məktəblər – internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər, Çilov), ingilis və fransız bölmələri

Ümumi orta təhsil bazasında buraxılış imtahanlarının tarixləri isə aşağıdakı kimidir:

16 və 17 aprel Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı (I zona) Məlumat veriləcək
23 və 24 aprel Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı (II zona) Məlumat veriləcək
30 aprel və 1 may Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı (III zona) Məlumat veriləcək