“Ermənistanın başqa çıxış yolu yoxdur, mütləq konstitusiya dəyişikliyinə getməlidir” – POLİTOLOQbackend

“Ermənistanın başqa çıxış yolu yoxdur, mütləq konstitusiya dəyişikliyinə getməlidir” – POLİTOLOQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan konstitusiyası дəyişiklik etməli və sülhə gəlməlidir.

Ermənistan konstitusiya dəyişikliyinə getməsi üçün bir neçə presedent var. Yəni Azərbaycanla sülhün yolu bu dəyi.iklikdən asılıdır.

Bəs Ermənistan bu dəyişikliyə gedəcəkmi? Yəni sülhü tezləşdirmək üıün konstitusiyasında dəyişikliyə razı olacaqmı?

Mövzu ilə bağlı İnterpress.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Ermənistanın başqa çıxış yolu yoxdur, mütləq konstitusiya dəyişikliyinə getməlidir.

“Ermənistan bu məsələdə ciddi addımlar atmır. 1998-ci il noyabrın 19-da Böyük Britaniya parlamenti Şimali İrlandiya aktını qəbul etdi. İrlandiya Respublikasının Konstitusiyasından Şimali İrlandiyaya ərazi iddialarını nəzərdə tutan maddələrin çıxarılması ilə regionda sülhə nail olundu. Bunun bir oxşarı Cənubi Qafqazda da ola bilər.

Hesab edirəm ki, İrlandiya modeli də onu göstərir ki, qonşu ölkələr aralarında normal münasibətlər təsis etmək istəyirsə, öz konstitusiyalarına, dövlət aktlarına düzəlişlər etməli və bu düzəlişlər əsasında münasibətlərini davam etdirməlidir.

Əgər Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı məqamlar dəyişdirilməsə, tərəflər arasında sülh sazişi imzalansa belə orada konstitusiyaya zidd məqamlar olarsa, saziş qüvvədən düşmüş hesab olunur. Əgər Ermənistan konstitusiya dəyişikliyinə gedərsə, tərəflər sülhə daha da yaxınlaşmış olacaq”, – politoloq vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az