Etibar Hüseynov: “Vaksin vurdurmaq üçün camaat bir-birinin belinə çıxır“backend

Etibar Hüseynov: “Vaksin vurdurmaq üçün camaat bir-birinin belinə çıxır“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Poliklinikanın yanından keçirəm. Giriş qapısı önündə millət vaksin vurdurmaq üçün biri-birinin belinə çıxır. 2-3 ay əvvəl özüm ora gedəndə içəridə 3-4 adam ola, ya olmayaydı. Biz niyə beləyik?”.

Yenisabah.az xəbər verir ki, bu sözləri sabiq deputat Elibar Hüseynov bildirib.

O bildirib ki, həmişə öz tənbəlliyimizə görə bütün işləri axıra saxlayırıq:

“Kommunal xərcləri ödəyəndə də, maşını texniki baxışdan keçirəndə də… Dövlət milyonlar xərcləyib vətəndaşı üçün vaksin alıb ona pulsuz verir ki, ölümcül xəstəliyə mübtəla olmasın. Əslində, vətəndaş da elə ilk gündən buna sevinməli, poliklinika qarşısında gecədən növbəyə durmalı idi ki, bu bəlaya tutulmasın, yaxınlarını-əzizlərini də yoluxdurmasın. Amma bu müddət ərzində bunu etmədilər.

İndi isə kafe-restoran, iri ticarət mərkəzlərinə girmək, toylara gedə bilmək naminə edirlər ki, polisə ilişməsin, cərimə olunmasınlar. İndi bir anlıq təsəvvür edin ki, bu vaksin baha qiymətə-pullu olaydı. Aman Allah, nələr baş verərdi? İmkanlılar od qiymətinə olsa da, tapıb vurdurduğuna görə lovğalanar, kasıblar, “biz bəyəm adam deyilik? Bu qiymətə də vaksin olar? Bu necə hökumətdi?”,- deyib şüvən qoparar, özünü benzin töküb yandırardı. Doğrudan da, görəsən, biz niyə beləyik, hə?”

Qeyd edək ki, sentyabrın 1-dən etibarən yaşı 18-dən yuxarı olan şəxslər yalnız vaksin pasportu ilə ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən istifadə edə biləcəklər.

Etibar Hüseynov: “Vaksin vurdurmaq üçün camaat bir-birinin belinə çıxır“