Polis əməkdaşları həftəsonu vətəndaşlardan 25 silah və 3 qumbara götürüb.
Bu barədə İnterpress.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 13-14 yanvar tarixlərində polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 ədəd avtomat silahı, 3 qumbara, 21 ədəd müxtəlif markalı tüfəng, 3 patron darağı və 242 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Həmçinin, qeyd edilən tarixlərdə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 5 ədəd müxtəlif markalı tapança, 11 ədəd tüfəng, 3 patron darağı və 15 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.