Hər əlinə mikrofon alanı efirə buraxmaq olmaz, bu, musiqimizə vurulan zərbədir – Xalq artistibackend

Hər əlinə mikrofon alanı efirə buraxmaq olmaz, bu, musiqimizə vurulan zərbədir – Xalq artisti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hər əlinə mikrofon alanı efirə buraxmaq olmaz. Bu musiqimizə vurulan zərbədir”.

Bunu açıqlamasında Xalq artisti, “Mədəniyyət Dalğası” Yaradıcılığın Təşviqi İctimai Birliyinin sədri Nisə Qasımova  deyib.

O, insanların musiqi zövqünün korlandığını bildirib:

“Buna heç kəsin haqqı yoxdur. Xalq musiqilərinə toxunmaq olmaz. Musiqini kim korlayırsa, cinayət məsuliyyəti daşıyır. Musiqiyə olan hörmətsizlik həm də xalqa qarşıdır, bu da yol verilməzdir. Uzun illərdir ki, musiqinin içindəyik, üzərimizə yük düşür, cavanlara məsləhətlərimizi verməliyik. Heç kimlə işimiz yoxdur, qazansınlar, amma xalq mahnılarına toxunmaq olmaz. Heç kəsin ixtiyarı yoxdur ki, Azərbaycan musiqisinə zərbə vursun. Xalq və vətənpərvər janrında olan mahnılara daha çox üstünlük verməliyik ki, cavanlarımız da zövqlü böyüsün. Bizim gələcəyimiz indiki cavanların üzərində qurulacaq. Onlar bilməlidir ki, muğam, xalq və bəstəkar mahnıları nədir, onları bir-birindən ayırd etməlidirlər”

“Onu görəndə dəhşətə gəlirik. Bəs, Azərbaycanda niyə belədir? Bayağı mahnılar evimizin içindədir və uşaqlarımız da onunla böyüyür. Onların biri cəzalansa, digəri həmin mahnıları oxumayacaq. Oxusa da, ən azı efirdə səslənməyəcək. Ona görə də bayağı mahnıları efirdə oxuyanlar cəzalandırılmalıdırlar”. -deyə Xalq artisti bildirib.