Hərbi maşının aşması nəticəsində şəhid olan iki əsgər üçün mərasim keçirilibbackend

Hərbi maşının aşması nəticəsində şəhid olan iki əsgər üçün mərasim keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İğdırda baş verən yol qəzasında şəhid olan 2 əsgərin cənazəsi Ağrıda təşkil edilən mərasimlə vətənə yola salınıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Şəhid Əli Arslan və Çavuş Muammer Ayın Türkiyə bayrağına bükülmüş cənazələri Əhməd Hani Hava Limanına aparılıb.

Burada keçirilən mərasimdə bir dəqiqəlik sükutdan sonra şəhidlərin tərcümeyi-halı oxunub.

Namazdan sonra Arslanın cənazəsi Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarə ilə məmləkəti Yozqata, Ayın isə Hatay şəhərinə yola salınıb.

Qeyd edək ki, dünən Türkiyə-İran sərhəd xəttində təhlükəsizlik divarının yanındakı yolda axtarış-skan işləri aparan hərbi avtomobilin qar və buzlanma səbəbindən şarampole düşməsi nəticəsində ağır yaralanan 2 əsgər Dos. Dr. Yaşar Eryılmaz Doğubayazıt Dövlət Xəstəxanasında şəhid olub.