Hollandiyada İŞİD-çi qadının məhkəməsi başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Hollandiyanın NOS Yayım Korporasiyası məlumat yayıb.
Bildirilir ki, Hollandiyada Suriyada qul əməyindən istifadə etməkdə ittiham olunan İŞİD tərəfdarı 33 yaşlı Hasna haqqında ilk məhkəmə prosesi başlayıb.
2015-ci ildə o, 4 yaşlı oğlu ilə Suriyaya gedib, İŞİD-ə qoşulub, yaraqlı ilə ailə qurub və daha üç övladı var.
Hasna iki qadını qul kimi istismar etməkdə, İŞİD üzvü olmaqda və təhsil almaq imkanı olmayan autizmli oğlu üçün “köməksiz vəziyyət” yaratmaqda ittiham olunur.
Xuraman Etibarlı
İnterpress.az