Biz dünən ümumilikdə 16 seçki məntəqəsində olduq. Bu məntəqələrdə gün boyunca müşahidələr apardıq.
İnterpress.az xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Baş katibinin müavini Əli Asghar Məhammadi Sijani Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.
O, seçkinin çox şəffaf keçdiyini və heç bir neqativ hal müşahidə etmədiklərini vurğulayıb: “Bu, böyük demokratiyadır, buna görə Azərbaycan xalqını təbrik edirəm”.
İƏT Pİ Baş katibinin müavini onu da bildirib ki, seçki məntəqələrində nəzarət funksiyası yerinə yetirən şəxslər çox məsuliyyətlə çalışıblar: “İnsanların bütün hüquqları təmin edilirdi”.
O, seçkilərdə həm də islam əxlaqına riayət edildiyini bildirib./APA