İki həftədən sonra Yerin ikinci peyki – “MİNİ-AY” OLACAQ – FOTObackend

İki həftədən sonra Yerin ikinci peyki – “MİNİ-AY” OLACAQ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki həftədən sonra Yerin ikinci peyki – “mini-ay” olacaq.

İnterpress.az xəbər verir ki, İspan astronomları bunu aşkar edərək öz məlumatlarını AAS-ın “Research Notes” jurnalında dərc olunan elmi məqalədə paylaşıblar.

Tədqiqatçılar deyirlər ki, sentyabrın sonunda maraqlı bir kosmik hadisə gözlənilir.

Ayın sonuna qədər Yer kürəsinin daha bir peyki – ilin sonuna qədər planetimizin cazibə qüvvəsi tərəfindən tutulacaq kiçik asteroid olacaq.

Planetimizə doğru hərəkət edən 2024 PT5 asteroidi iki ay Yer kürəsinin yaxınlığında qalacaq və “mini-Aya” çevriləcək.

Müəlliflər iddia edirlər ki, 2024 PT5 29 sentyabr 2024-cü ildə “mini-Ay” olacaq. Noyabrın 25-də Yerin cazibə qüvvəsindən azad olacaq və heliosentrik trayektoriyasına qayıdacaq.

Xuraman Etibarlı

İnterpress.az