THAAD sistemləri İranın hədəfinə çevrilə bilər.
İnterpress.az xəbər verir ki, bunu İran Məclisinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Vahid Əhmədi deyib.
O bildirib ki, THAAD sistemləri İsrailin hücumuna məruz qalacağı təqdirdə İranın hədəfinə çevrilə bilər.
“İsraildə yerləşən ABŞ-nin THAAD raketdən müdafiə sistemi yəhudi dövləti İslam Respublikası ərazisinə hücuma cəhd edərsə, İranın vuracağı hədəflərdən birinə çevriləcək”, – Əhmədi vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az