Kobaxidze Fransanın xarici müdaxilə haqqında qanun layihəsini qəbul etməsini “məntiqsiz” ADLANDIRDIbackend

Kobaxidze Fransanın xarici müdaxilə haqqında qanun layihəsini qəbul etməsini “məntiqsiz” ADLANDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kobaxidze Fransanın xarici müdaxilə haqqında qanun layihəsini qəbul etməsini “məntiqsiz” adlandırıb.

İnterpress.az xəbər verir ki, Gürcüstanın baş naziri Kobaxidze Fransanı tənqid edib.

O, xarici agentlər haqqında Gürcüstan qanununun tənqidi fonunda Fransanın xarici müdaxilə haqqında qanun layihəsini qəbul etməsini “məntiqsiz” adlandırıb.

“Gürcüstan hakimiyyətinə məntiqdən kənar şeylər danışılır. Belə çıxır ki, Fransa xarici müdaxiləyə qarşı qanun qəbul edə bilər, lakin Gürcüstan xaricdən maliyyələşmənin şəffaflığı haqqında qanun qəbul edə bilməz”, – hökumət başçısı qeyd edib.

Xatırladaq ki, mayın 10-da 12 Aİ ölkəsinin, o cümlədən Fransanın xarici işlər nazirləri açıq məktubla “Gürcüstanın Avropa gələcəyini” qorumağa çağırıblar.

Fransa Senatı bu il mayın 22-də yuxarıda qeyd olunan qanun layihəsini qəbul edib, Gürcüstanda isə mayın 14-də qəbul edilmiş xarici agentlər haqqında qanun iyunun 3-dən qüvvəyə minib.

Xuraman Etibarlı

İnterpress.az