“Laqondanın nə olduğunu bilmirlər” – Rusiyada hindistanlı fəhlələrdən ŞİKAYƏTLƏNİRLƏRbackend

“Laqondanın nə olduğunu bilmirlər” – Rusiyada hindistanlı fəhlələrdən ŞİKAYƏTLƏNİRLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya tikintilərinə cəlb olunan hindistanlı fəhlələrin peşəkarlıq səviyyəsi olduqca aşağıdır.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın tikinti sahələrinə cəlb edilən Hindistan vətəndaşlarının peşəkarlıq dərəcəsi olduqca aşağı səviyyədədir.

Tikinti sahəsində fəaliyyət göstərən iri tikinti şirkətlərindən birinin kadrlar şöbəsinin direktoru bildirib ki, Hindistandan gələn işçi heyəti o dərəcədə aşağı ixtisaslıdır ki, onlar hətta tikintidə ən adi alət olan laqondanın (bolqarka) nə olduğunu belə başa düşmürlər.

Bununla belə, hindistanlı fəhlələr olduqca ucuz işçi qüvvəsi hesab olunur və onlar ayda cəmi 30 min rubl (təxminən 700 manat) maaşla işləməyə razıdırlar.

Mütəxəssis əlavə edib ki, maaşların az olmasına baxmayaraq, Hindistanda Rusiyaya gəlmək istəyənlərin sayı olduqca çoxdur və hazırda bir vakant iş yeri üçün 23 nəfər rəqabət aparır.

Rusiyanın tikinti bazarında miqrant çatışmazlığı fonunda Hindistandan ucuz işçi qüvvəsinin cəlb edilməsi fəal şəkildə müzakirə olunsa da, onların peşəkarlıq səviyyəsi və dil maneəsi tikinti şirkətləri üçün ciddi çətinliklər yaradır.

Hazırda işəgötürənlər bu fəhlələrə iş yerində əlavə təlimlərin keçilməsi məsələsini nəzərdən keçirirlər.

Xuraman Etibarlı

İnterpress.az