Ötən il Ali Məhkəmədə ümumilikdə 1696 iş üzrə məhkəmə aktı ləğv edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun rəhbərliyi ilə keçirilən Ali Məhkəmənin Plenumunun iclasında məlumat verilib.
Belə ki, 2023-cü ildə mülki kollegiyanın kassasiya icraatında olan 889, cinayət kollegiyanın icraatında olmuş 209, inzibati kollegiyanın icraatında olan 479 və kommersiya kollegiyasının icraatında olan 119 iş üzrə məhkəmə aktı ləğv edilib.