Pakistan BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi ÜZVÜ OLACAQbackend

Pakistan BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi ÜZVÜ OLACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistan 2025-ci il yanvarın 1-dən 2026-cı il dekabrın 31-dək BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvü olacaq.

İnterpress.az xəbər verir ki, bunu səsvermənin nəticələrinə görə BMT Baş Assambleyasının sədri Frensis bildirib. O qeyd edib ki, İslamabaddan başqa Yunanıstan, Danimarka, Somali və Panama da qeyri-daimi üzv olacaq.

BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri bərabər regional nümayəndəlik əsasında seçilir. Bu o deməkdir ki, dünyanın hər bölgəsində fərqli sayda yerlər var.

Xuraman Etibarlı

İnterpress.az