Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcəkbackend

Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.

İnterpress.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Beləliklə, payız sessiyası çərçivəsində parlamentin ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.