Rusiya Prezidenti Vladimir Putin iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astana sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, eyni zamanda, Vladimir Putinin sammit çərçivəsində Türkiyə, Monqolustan, Çin, Pakistan və Qazaxıstan lideri ilə görüşləri nəzərdə tutulub.
Uşakov əlavə edib ki, Vladimir Putin İran Prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Moxber ilə də danışıqlar aparacaq.
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti 3-4 iyul tarixlərində Qazaxıstanın Astana şəhərində keçiriləcək.