Ruslar ölən qohumlarını brilyantlara ÇEVİRİRLƏR – FOTObackend

Ruslar ölən qohumlarını brilyantlara ÇEVİRİRLƏR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ruslar ölən qohumlarını brilyantlara çevirməyə başlayıblar.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yyayıb. Bildirilir ki, moskvalılar ölən qohumlarını brilyantlara çevirməyə başlayıblar.

Paytaxtda yaxın insanı birdəfəlik ölümsüzləşdirə biləcək xidmət getdikcə populyarlaşır. Mərhumun külündən almaz yetişdirilir, emal edilir və qohumlar artıq zinət əşyalarına çevrilirlər.

Xidmətin qiyməti 5 000 avrodan (~ 9 500 man) başlayır. Yüksək qiymət istehsal prosesinin mürəkkəbliyi ilə bağlıdır. Karbon tozdan çıxarılır, o, qrafitə, sonra isə almaza çevrilir.

Eyni zamanda, hüquqşünaslar xəbərdarlıq edirlər ki, bu cür manipulyasiyalar Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 244-cü maddəsinin bəndinə əsasən həbs cəzası ilə nəticələnə bilər.

Xuraman Etibarlı

İnterpress.az

.