Rüsumların artması növbəti bahalaşmaya səbəb olacaq” – Etirazbackend

Rüsumların artması növbəti bahalaşmaya səbəb olacaq” – Etiraz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hökumət bahalaşma siyasətindən imtina etməsə, yaxın aylarda sosial vəziyyət daha da pisləşəcək”.

İnterpress.az xəbər verir ki, bunu bir sıra sahələrdə dövlət rüsumlarının artırılmasına münasibət bildirən iqtisadçı Qadir İbrahimli deyib.

Q. İbrahimli vurğulayıb ki, sözügedən rüsum artımı doğru addım deyil və bu, əhalinin vəziyyətini ağırlaşdıracaq:

“226 dövlət rüsumunun məbləği artırılır. Heç bir iqtisadi əsaslandırılması yoxdur və ola da bilməz. Bu, büdcəyə əlavə vəsaitin cəlb olunmasından başqa bir şey deyil. Hökumət iri şirkətlərin vergi potensialını büdcəyə cəlb etmək əvəzinə yenidən camaatın cibinə əl qoyur. Bu isə növbəti bahalaşmaya səbəb olacaq. Məsələn, dərman vasitələrinin dövlət qeydiyyatına görə rüsumların artırılması dərmanların bahalaşmasına səbəb olacaq. Onsuz da dərman, eləcə də istehlak bazarının başqa seqmentlərində qiymətlər daim artır, rüsumların bahalaşması isə prosesi stimullaşdıracaq. Ancaq təəssüf ki, əhalinin gəlirləri artmır və yaxud cüzi artır ki, bu,  bahalaşma tempinə adekvat deyil.

Hökumət bahalaşma siyasətindən imtina etməsə, yaxın aylarda sosial vəziyyət daha da pisləşəcək və hətta vəziyyətin siyasi hakimiyyətin nəzarətindən çıxması ehtimalı da var”.

Gülşən