Şamaxıda keçiriləcək növbəti Üzüm və Şərab Festivalının şou proqramı açıqlanıbbackend

Şamaxıda keçiriləcək növbəti Üzüm və Şərab Festivalının şou proqramı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 7-8-də Şamaxıda keçiriləcək növbəti Üzüm və Şərab Festivalının şou proqramı açıqlanıb.

İnterpress.az xəbər verir ki, Meysəri kəndində “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində iki gün ərzində təşkil olunacaq festivalda Azərbaycandan və digər ölkələrdən bir sıra sevilən sənətkarlar, qruplar çıxış edəcək.

Səhnədə Aygün Kazımova (8 sentyabr), Azad Şabanov (7 sentyabr), Kubadan dəvət olunan müğənni və rəqqasə Edqlis Hayle (7 sentyabr)Elvin Mirzəzadə (8 sentyabr), “Good Girls” qrupu (7 sentyabr), Gürcüstanın məşhur qruplarından Niko’s Band (7 sentyabr), MadTeen & Rəssam (8 sentyabr)Roman&Nirvana Band (8 sentyabr), Şəhriyar İmanov və Teymur Süleymanbəyli dueti (7 sentyabr), festivalın hər iki günündə Dj Amalov çıxış edəcəklər.

Braziliya karnaval, həmçinin Libertanqo rəqslərinin nümayişi olacaq.

İki gün ərzində saat 14:00-dan 21:00-dək davam edəcək festival ərazisi müxtəlif interaktiv zonalara bölünəcək: dequstasiya, əyləncə, yemək, suvenir satışı, master-klasslar, o cümlədən şərabla rəsm master-klassı, açıq havada film nümayişi.

Üzüm və Şərab Festivalı əyləncə və məhsul bayramı ilə yanaşı, həm də şərab istehsalçılarına yeni işguzar əlaqələr qurmaq, məhsullarını geniş auditoriyaya tanıtmaq üçün gözəl fürsətdir.

Festivalda iştirak iTicket.az saytı vasitəsilə qeydiyyatdan keçməklə mümkündür.

www.instagram.com/winefestofficial