Sədat Pekər barəsində həbs qərarı çıxarıldıbackend

Sədat Pekər barəsində həbs qərarı çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə beynəlxalq axtarışda olan mütəşəkkil cinayətkar qruplaşma rəhbəri Sədat Pekər barəsində həbs qərarı çıxarıb.

Ankara Baş Prokuroluğunun təqdimatı əsasında belə qərar qəbul olunub.

Prokuroluqdan bildirilib ki, S.Peker barəsində hazırda cinayət işinin istintaqı aparılır:

“Cinayət törətməkdə şübhəli bilinən Sedat Peker hazırda xaricdə qaçıb gizlənib və buna görə də Ankara Baş Prokuroluğunun təqdimatı ilə Ankara İkinci Sülh Cəza Məhkəməsi mayın 26-da onun barəsində həbs qərarı çıxarıb.”

Qeyd edək ki, S.Peker hazırda Mərakeşdədir.

 

 

İnterpress.az