Sepah-e-Qods komandirinin vəziyyəti ilə bağlı başqa bir versiya yayılıb. O infarkt keçirib.
İnterpress.az xəbər verir ki, bu barədə “Sky News Arabia” İran mənbələrinə istinadən məlumat yayıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Sepah-e-Qods xüsusi təyinatlı qüvvələrinin komandanı İsmayıl Qaani infarkt keçirib və xəstəxanaya aparılıb.
Qeyd edilir ki, bu, Qaaninin baş qərargahının rəhbərinin İsraillə əlaqəsi şübhəsi ilə bağlı aparılan istintaq çərçivəsində onun dindirilməsi zamanı baş verib.
Bu gün səhər saatlarında “Middle East Eye” Qaaninin saxlanıldığını və SEPAH tərəfindən dindirildiyini bildirib.
Qeyd edilib ki, istintaq İsrailin Hizbullahın ali rəhbərliyinə nüfuz edə bildiyi və lideri Nəsrullahı aradan götürə bildiyinə dair şübhələrdən sonra başlayıb.
Xuraman Etibarlı
İnterpress.az