Separatçıların Bakıya qolu qandallı səfəri: QİSAS QİYAMƏTƏ QALMADIbackend

Separatçıların Bakıya qolu qandallı səfəri: QİSAS QİYAMƏTƏ QALMADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan, Bako Saakyan və xüsusilə Araik Arutyunyanın, eləcə də “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyanın Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılması xalq olaraq nail olduğumuz növbəti qələbəmizdir.

Təbii ki, bu qələbəni xalqımıza yaşadan Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevdir. Xalqımızın qanını içən, əli minlərlərlə azərbaycanlının qanına batmış bu cinayətkar şəxslər nəhayət ələ keçdi və öz layiqli cavablarını alacaqlar.

İstər Birinci Qarabağ müharibəsi dövründə, istərsə də Vətən müharibəsi və ondan sonrakı dövrdə törətdikləri bütün cinayətkarlıqlara görə hər biri ayrı-ayrılıqda cavab verməli olacaqlar.

Qisas qiyamətə qalmadı və bu terrorçuların saxlanılması ilə biz tariximizin şanlı səhifəsinə daha bir qələbə gününü əlavə etmiş olduq.

Cəmi üç il əvvəl işğal etdikləri Azərbaycan torpaqlarında lovğalanaraq gəzənlər, dövlətimizə hədyanlar səsləndirənlər, yeni hücumlarla Azərbaycanı hədələyənlər, hətta Bakıya qədər gələcəklərini bəyan edənlər sadəcə sonuncu bəyanatlarında verdikləri sözün üstündə dura bildilər: bəli, onlar Bakıya gəldilər, ama qolu qandallı, başıaşağı və qorxu içində!

İndi Azərbaycanın paytaxtında diz çökərək üzr istəməyin deyil, axıtdıqları qanlara, qətlə yetirdikləri azərbaycanlılara görə cavab vermək zamanıdır.

Toğrul Allahverdili
Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri
İnterpress.az