Sinuar heç vaxt Fələstini tərk etməyəcək – HƏMAS-ın sözçüsübackend

Sinuar heç vaxt Fələstini tərk etməyəcək – HƏMAS-ın sözçüsü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sinuar heç vaxt Fələstini tərk etməyəcək.

İnterpress.az xəbər verir ki, bu barədə təşkilatın nümayəndəsi Həmdan Qətərin “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.

O bildirib ki, yaxın vaxtlarda HƏMAS-ın Qəzza zolağındakı lideri Yəhya Sinuar bütün dünyaya və Fələstin xalqına mesaj verəcək.

Onun sözlərinə görə, Sinuar heç vaxt Fələstini tərk etməyəcək, çünki “etdiyi hər şey onun azad edilməsinə yönəlib”.

Həmdan Qahirədə HƏMAS və digər Fələstin qruplarının görüşünün keçiriləcəyini də elan edib. Bu görüş zamanı Qəzza zolağında müharibədən sonrakı sistemin müzakirəsi planlaşdırılır.

O əlavə edib ki, sektorun idarə edilməsi HƏMAS-ın bir hissəsi olduğu Fələstin Milli Birlik Hökumətinə veriləcək.

Xuraman Etibarlı

İnterpress.az