Səudiyyə Ərəbistanı qadınları Kəbənin kisvəsinin dəyişdirilməsində iştirak ediblər.
İnterpress.az xəbər verir ki, bu hadisə Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın liberal islahatları istiqamətində daha bir addım olduğunu göstərir.
Əvvəllər proses yalnız kişilər tərəfindən həyata keçirilirdisə, 2024-cü ildə 159 mütəxəssisdən ibarət komandaya qadınlar da daxil edilib.
Qızıl, gümüş və ipəkdən hazırlanan kisvə hər il yenilənir və tamamlanması bir neçə ay çəkir.
Xuraman Etibarlı
İnterpress.az