Tramp Zukerberqi ömürlük həbslə hədələyib.
interpress.az xəbər verir ki, bu barədə “Politico” qəzeti Trampın “Amerikanı xilas etmək” kitabına istinadən yazıb. Kitabda keçmiş prezident Zukerberqi 2020-ci il seçkilərində ona qarşı sui-qəsd hazırlamaqda da ittiham edib.
ABŞ prezidentliyinə namizəd Donald Tramp Meta-nın qurucusu Mark Zukerberqi 2024-cü ildə keçiriləcək prezident seçkilərinə müdaxilə edəcəyi təqdirdə onu ömürlük həbslə hədələyib.
Zukerberq daha əvvəl demişdi ki, o və şirkəti qarşıdan gələn prezident seçkilərində heç kimə dəstək verməyəcək.
Xuraman Etibarlı
İnterpress.az