Ukraynalı diplomat paltaryuyan maşın aldığına görə işdən çıxarılıb.
İnterpress.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Kobaxidze deyib. O bildirib ki, Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Xarişinin geri çağırılması barədə qərar siyasi akt deyil.
“Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Mixail Xarişinin geri çağırılması barədə qərar siyasi akt deyil. Sadəcə Ukrayna hakimiyyətinin fikrincə, onun Rusiya Federasiyası ilə müharibə fonunda almamalı olduğu məişət əşyaları alması ilə bağlıdır.
Xüsusi nümayəndə, səhv etmirəmsə, onun da diplomatik statusu var, məişət əşyaları alıb. Söhbət paltaryuyan maşınlardan gedir”, – Kobaxidze vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az